
ABŞ-ın Kaliforniya ştatında dəmiryolu əməkdaşı 9 həmkarını silahla öldürüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, o iş yoldaşlarını öldürdükdən sonra intihar edib. Hadisə Silikon vadisində baş verib.
Hücumçunun hansı səbəbdən belə bir cinayətə əl atdığı məlum deyil. Məsələ ilə bağlı cinayət işi açılıb. Bomba məhvetmə qrupları ərazidə 1 partlayıcı maddə aşkarlayıb.
Hadisə ilə bağlı məlumat verən ABŞ polisi hücumçu ilə polis arasında atışma olduğunu bildirib. Polis həmçinin günahkarın polisin ona yaxınlaşdığı vaxt intihar etdiyini qeyd edib.