Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olanlara xəbərdarlıq edildi – FOTO


Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı reyd keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir İcra nümayəndəliyi tərəfindən antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində reyd keçirilib.
Şəhərin “bazar” adlanan ərazisində keçirilən reyd zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, pərakəndə ticarətlə məşğul olan satıcılara rast gəlinib. Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb, Koronavirusun geniş vüsət aldığı bir zamanda qida məhsullarının antisanitar şəraitdə ticarətinin aparılmasının düzgün olmadığı onlara izah edilib. Qanunsuz küçə ticarəti ilə məşğul olanlar arasında  qanuna tabe olmayanlar da oldu. Şəhərin mərkəzi hissəsində, ələxsus da səkilərdə hərəkəti çətinləşdirərək pərakəndə ticarət ilə məşğul olanlara xəbərdarlıq edilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top