Türkiyəli bəylə azərbaycanlı xanımın ailə qurması üçün XİN, Miqrasiya və Səfirlik işə qarışdı – FOTOLAR


Türkiyənin Rizə bölgəsinin vilayət valisi rizəli Rəsul Çakırla və gəncəli Gülyanaq Yəhyayevanın ailə həyatı qura bilməsi üçün 1 ilə yaxın səy göstərməli olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bir ilə yaxın davam edən prosedur ötən gün tamamlanıb və Rize valisi Kemal Çeçeberin iştirakı ilə hər iki şəxs nikah masasına əyləşib.
Vali iki gəncin ailə qurması üçün Türkiyə Xarici İşlər Nazirliyi, Türkiyə Miqrasiya İdarəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyənin Gəncədəki konsulluğu ilə yaxından əməkdaşlıq edib.
Sözügedən gənclər ötən il sosial şəbəkə üzərindən tanış olublar. Ailələrin də tanışlığından sonra Çakır ailəsi 2020-ci ilin 13 mart tarixində Azərbaycanda toy mərasimi keçiriblər. Hər iki ölkədə koronavirusun yayılmasından sonra Çakır ailəsi bir müddət Azərbaycanda qalmalı olub. Türkiyə xarici ölkələrdə olan vətəndaşlarını geri apardığı vaxt gəlinin də ailəsi ilə Türkiyəyə getməsi mümkün olmayıb. Həmçinin məlum olub ki, Gülyanaq əvvəllər Türkiyədə olub, amma burada yaşama müddəti bitdiyi üçün ölkədən deportasiya edilib.
Vəziyyətin gərginləşməsindən sonra Rəsul Çakırın atası Həsən Çakır Rize valisinə müraciət edib. Valinin uzunmüddətli səyindən sonra nəhayət gənclər ailə həyatı qurub.
Qeyd edək ki, onların ötən günkü nikah mərasimi Rizə valiliyinin mərasim zalında baş tutub. Nikah mərasimində vali ilə yanaşı onun xanımı Neslihan Ayhan Çeber də iştirak edib. Gənclərin nikah şahidləri vali, onun xanımı və Türkiyə Miqrasiya İdarəsinin yerli şöbəsinin rəhbəri Serab Aydın olublar.

DİGƏR XƏBƏRLƏR

Top