Ordubad rayonunda nadir Qafqaz bəbiri ölü halda tapılıb – FOTOLAR


"Ordubad rayonu ərasində dəniz səviyyəsindən 1915 metr hündürlükdə qalın qar örtüyü əridikdən sonra yarıçürümüş halda bəbir cəsədi aşkar olunub".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, bəbirin təbiət hadisəsi nəticəsində öldüyü ehtimal edilir:
“Naxçıvan Muxtar Respublikasının təbiəti mühafizə və hüquq mühafizə orqanlarının əməkdaşkarı hadisə yerində olub. İlkin müayinələr zamanı güllə yarası aşkar edilməyib. Yumşaq toxumalardan analiz üçün nümunələr götürülüb. Kameral işlər bitdikdən sonra bəbirin təbii amillər, xüsusən də qar uçqunu səbəbilə ölməsi barədə nəticə əldə olunub. Heyvanın cəsədi təbii parçalanma prosesi bitdikdən sonra skelet formasında saxlanılacaqr. Hadisə yerində olan dövlət təmsilçiləri cəsədin baş və pəncələrini təsadüfi adamlar tərəfindən aparılmaması üçün götürüblər. Sözügedən parçalar gələcəkdə bütöv skeletə əlavə ediləcək.
Qeyd edək ki, bu heyvan əvvəllər bizim kameralara düşməyib. Təəssüfedici xəbər də odur ki, tələf olan fərd dişi imiş və yerli populyasiyanın inkişafında əsaslı rol oynaya bilərdi”.



Xatırladaq ki, Qafqaz bəbiri regionda məskunlaşan nadir fauna nümunələrindəndir və xüsusilə Zəngəzur Milli Parkı ərazisində yayılıb. Sayıları çox azdır.

DİGƏR XƏBƏRLƏR

Top