Lukaşenko: "Putin buna görə məndən üzr istədi"


Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinin ondan üzr istədiyini bildirib. 
Yeniavaz.com
-un "BelTA" agentliyinə istinadla verdiyi xəbərə görə, Lukaşenko bildirib ki, Putin ondan icazəsiz ABŞ prezidenti Cozef Baydenlə  Belarusdakı hadisələri müzakirə etdiyi üçün ondan üzr istəyib:
“Putin çox layiqli davrandı. Daha sonra mənə zəng etdi və "Belarusu icazəsiz müzakirə etdiyim üçün üzr istəyirəm" dedi. Bunun üçün ona təşəkkür etdim".
Qeyd edək ki, Putinlə Baydenin üzbəüz görüşü 17 iyun tarixində İsveçrədə baş tutacaq. Görüş zamanı regional məsələlər müzakirə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top