Ermənistan 6 hərbçinin əsir götürüldüyünü təsdiqlədi


"Ermənistan ordusunun 6 hərbçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb".

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb:
"Altı erməni əsgəri Qeqarkunik bölgəsinin (Kəlbəcər, Gədəbəy rayonları ilə sərhəd) sərhəd zonasında mühəndis işləri apararkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən mühasirəyə alındı ​​və əsir götürüldü”. 
Qeyd edək ki, bu gün Azərbaycanın Müdafiə Nazirliyi açıqlama verərək bildirmişdi ki, Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.
 

DİGƏR XƏBƏRLƏR

Top