"Real Madrid"in stadionunda yanğın – VİDEO


İspaniyanın paytaxtı Madriddə "Real Madrid" klubuna məxsus "Santyaqo Bernabeu" stadionunda yanğın baş verib.

Hadisə arenada bərpa işlərinin getdiyi sahədə olub. Olay yerinə özlərini çatdıran yanğınsöndürənlər alovun qarşısını alıblar. Hadisədən ciddi zərər çəkən olmayıb.

"Real Madrid" ötən mövsüm ev oyunlarını "Alfredo di Stefano" stadionunda keçirib. "Kral klubu"nun "Santyaqo Bernabeu"ya gələn mövsümdən qayıdacağı gözlənilir. Stadionda bərpa prosesi zamanı yeni müasir meydança qurulacaq, oturacaqlar dəyişdiriləcək və digər işlər aparılacaq.

Qeyd edək ki, 2020/2021 mövsümündə "Real Madrid" La Liqada ikinci yeri tutub.//report

DİGƏR XƏBƏRLƏR

Top