Əhalinin yarısında çatışmayan vitamin – İnsanı halsız robota döndərir


Orqanizmdə uzun müddət kəskin B 12 vitamini çatışmaması bədəndə qəfil dəyişikliklərə səbəb olur, insanın psixikasını belə dəyişir. 100 həkim gəzsən də, dərdinə dərman ta
pılmır .
Orqanizmin düzgün fəaliyyəti üçün vacib olan B 12 Azərbaycanda demək olar, əhalinin yarıdan çoxunda çatışmır.
Onun əsas funksiyası qanın və sinirlərin sağlamlığını təmin etməkdir.

B 12 defisiti sinir sisteminə kritik zərbə vurur və nevroloji pozuntular yaradır
Alimlər bu vitamin çatışmazlığından orqanizmdə baş verən 7 xarici əlaməti təqdim edir.

Bu əlamətlər çoxlarında var.
- Görmədə zəiflik, dumanlı görmə
- Yaddaşda, diqqətdə zəifləmə
- Uyuşma, keyimə, dəridə iynəbatırma hissi
- Ataksiya – hərəkətlərdə kordinasiyanın itməsi, yəni yeriyəndə səndələmə, danışanda fikirləşib danışmaq, ləngimə
- Ayaqlarda ağrı, periferik sinirlərin zədələnməsi
- Sinədə sıxılma, təngnəfəslik

Kəskin B 12 çatışmazlığı hansı xəstəlik və problemləri yaradır?
- Dərin depressiya, nevroz, apatiya, xroniki yorğunluq
- Demensiya
- Sidiyi saxlaya bilməmək
- Dad və iybilmədə zəifləmə
- Oynaqlarda ağrı
- Ümumi əzginlik, gücsüzlük

B 12 çatışmazlığı qanazlığı, anemiya, avitaminoz ilə bağlıdır. Daha çox xəstəliklərdən, zəif qidalanmadan sonra yaranır.
Ət yeməyən insanlarda çox olur.
Bəzən qan analizində normal çıxması heç də o demək deyil ki, orqanizmdə kifayət qədərdir.
Ona görə yuxarıdakı əlamətlər varsa və hemoqlobininiz azdırsa, mütləq B 12-ni artırın.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top