Ceyhun Bayramov Ermənistanla əlaqələrin normallaşdırılmasının şərtini açıqladı


Bu gün xarici işlər naziri Ceyhun Bayramovla Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq arasında görüş keçirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Nazir Ceyhun Bayramov həmkarına post-münaqişə dövründə azad olunmuş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işləri haqda məlumat verib. Bölgədə yaranmış yeni vəziyyətin regional əməkdaşlıq üçün açdığı imkanlardan bəhs edilib.

İşğal faktorunun aradan qaldırılması ilə Azərbaycanın beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə ciddi riayət olunması əsasında Ermənistanla əlaqələrin normallaşdırılmasına hazır olduğu qeyd olunub.

Nazirlər, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top