Navalnıya qarşı yeni məhkəmə iddiası qaldırıldı


Rusiya müxalifətçi Aleksey Navalnıya qarşı yeni məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, o, məhkəmə hakimini təhqir etməkdə günahlandırılır.
Hazırda Navalnıya qarşı qaldırılmış 3 məhkəmə iddiası var. Sonuncu iddia məhkəmə hakiminə qarşı təhqirdir.
Bundan əvvəlki iddialardan biri Navalnının şirkətinin vasitəsilə pul mənimsənildiyi, digəri isə İkinci Dünya Müharibəsində yaralanan bir rus əsgərini təhqir etməsidir.

DİGƏR XƏBƏRLƏR

Top