Bayden Corc Floydun ailəsi ilə görüşdü


Ötən il ABŞ-da polis tərəfindən saxlanılarkən öldürülən afro-amerikalı Corc Floydun ailəsi ABŞ prezidenti Co Baydenlə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CNN” kanalı məlumat verib. Mərhumun yaxınları dövlət başçısı ilə görüşdən məmnun qaldıqlarını bildirib. Corcun qardaşı Filonim Baydeni ürəkdən danışan orijinal insan adlandırıb. Floydun qardaşı oğlu Brandon Uilyams isə Baydenin Floydun istintaq işində ədalətin tərəfdarı oduğunu bildirib.
ABŞ prezidenti də görüş ilə bağlı məlumat verib:
“Bu gün Corc Floydun ailəsi ilə Oval ofisində tanış oldum. Ailə bu dəhşətli 9 dəqiqə 29 saniyəni hər dəfə gördükdə həmin ağrı və kədəri yenidən yaşayır. Floyd ailəsi fövqəladə cəsarət göstərdi, xüsusən də bu gün yeni tanış olduğum kiçik qızı Qianna. Həyat yoldaşım Cillə birgə Qianna ilə ötən il atasının dəfn mərasimindən bir gün əvvəl görüşmüşdük. Onun bir sözü hələ də yadımdadır: "Atam dünyanı dəyişdi." Bəli, dəyişdi. İrqçiliyi rədd edən çoxsaylı aksiyalar təşkil edildi. Polis məmuru ilə bağlı çıxarılan hökmün ədalətə doğru addımdır”.
Qeyd edək ki, Corc Floyd il dönümü ilə əlaqədar ABŞ-ın bir çox yerlərində minlərlə insan tərəfindən yad edilib.

DİGƏR XƏBƏRLƏR

Top