Azərbaycan və Avstriya XİN başçıları görüşüb


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya səfəri çərçivəsində avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov “Twitter”də məlumat verib. O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi, COVID-19 pandemiyasına dair geniş miqyaslı suallar müzakirə olunub:
“Münaqişədən sonrakı vəziyyət, azad edilən ərazilərdə davam edən reabilitasiya və yenidənqurma layihələri ilə bağlı Avstriya xarici işlər naziri Şallenberqə məlumat verdim”.

DİGƏR XƏBƏRLƏR

Top