COVID-19 pasportu və ya immunitet sertifikatı hansı iş yerlərində tələb olunacaq?


2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbinin hansı iş və xidmət sahələrinə aid edilməsi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "report" məlumat yayıb. Bildirilir ki, qeyd edilən tələb bütün iş və xidmət sahələrinə aiddir.
Belə ki, bütün iş yerlərində işçilərin ən azı 80 faizinin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb olunacaq.
Qeyd edək ki, bu gün Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərar verib.

DİGƏR XƏBƏRLƏR

Top