İşsizlərin ən çox və ən az olduğu ölkələr – Dünyada və regionda… – SİYAHI


Region ölkələrindən Gürcüstanda iqtisadi fəal əhalinin 18,5%-i, Ermənistanda 16%-i,  Türkiyədə 13,1%-i, Ukraynada 10,1%-i, İranda 9,5%-i, Rusiyada 5,2%-I, Qazaxıstanda isə 4,9%-i işsizdir.
Yeniavaz.com
 "tradingeconomics.com" portalına istinadən bildirir ki, Azərbaycanda iqtisadi fəal əhalinin 4,8%-i işsizdir.
Bundan başqa region ölkələri arasında işsizlik səviyyəsi Tacikistanda 2,1%, Qırğızıstanda 3%, Moldovada 3,6%, Türkmənistanda 3,9% olub.
Ümumiyyətlə dünyada ən yüksək işsizlik səviyyəsi Konqoda qeydə alınıb. Bu ölkədə iqtisadi fəal əhalinin təxminən yarısı – 46,1%-i işsizdir.  Bundan başqa Bosniyada işsizlik səviyyəsi 33,4%, Nambiyada 33,4%, Nigeriyada 33,3%, Cənubi Afrikada isə 32,5% təşkil edir.
Ən aşağı işsizlik səviyyəsi isə Qətərdə qeydə alınıb. Rəsmi statistikataya görə, dünyanın ən varlı ölkələrindən olan Qətərdə iqtisadi fəal əhalinin cəmi 0,1%-i işsizdir. Bundan başqa Belarusda 0,3%, Nigerdə 0,3%, Myanmarda 0,7%, Laosda isə 1% səviyyəsində işsizlik var.

DİGƏR XƏBƏRLƏR

Top