Başçı Gəncədə aparılan tikinti və abadlıq işləri ilə tanış olub – FOTOLAR


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "İstiqlal" parkında olub, burada Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinə inşa edilən “Şəhidlər” abidə kompleksində aparılan işlərin gedişatı ilə maraqlanıb.
Yeniavaz.com xəbər verir ki, Niyazi Bayramov abidə kompleksinin inşası ilə bağlı işlərin keyfiyyətlə görülməsini və sürətləndirilməsini tapşırıb. 
Daha sonra şəhər rəhbəri Gəncənin Gülüstan yaşayış massivindəki çoxmənzilli yaşayış binalarının fasadları və giriş qəfəslərində aparılan təmir işləri ilə tanış olub. O, burada sakinlərlə görüşüb, onlarla söhbət edərək, şikayət və təkliflərini dinləyib.
Niyazi Bayramov Gəncənin İsmət Qayıbov küçəsinə də baş çəkib. Şəhər rəhbərinə burada aparılan asfaltlanma işləri barədə ətraflı məlumat verilib. Küçə sakinləri yaşadıqları ərazidə aparılan abadlıq və təmir işlərinə görə dövlət başçısı və şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.


Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top