Şri-Lankanın Kolombo şəhəri yaxınlığında lövbər salan konteyner gəmisində yanğın baş verib.
Yeniavaz.com “CNN”ə istinadla xəbər verir ki, yanğın zamanı gəmidə partlayış da baş verib. Qısa zamanda böyüyən yanğında 2 nəfər yaralanıb.
Qeyd edək ki, konteynerdə kosmetik məhsullar, kimyəvi maddələr və 25 ton azot turşusu daşınırdı.