![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/6/19/1/4de6c6e1-6a2e-4f3d-a7ea-f29b893b9b57/kovid-19.jpg)
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 203 yeni yoluxma faktı qeydə alınıb, 596 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 333 097 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 273 nəfər müalicə olunaraq sağalıb, 4 885 nəfər vəfat edib. 5939 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8397, bu günə qədər isə ümumilikdə 3 477 012 test icra olunub.
![](https://static.report.az/photo/263464f2-dccc-33a1-ae81-be3804fc04f9.jpeg)