Rusiya bolqar diplomatı "persona non grata" elan etdi


Bolqarıstanın Moskovadakı səfirliyində işləyən bir diplomat istənməyən şəxs elan olunub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb. Səbəb kimi ötən ay Bolqarıstanın rus diplomatı səbəbsiz yerə “persona non grata” elan etməsi olub. Məsələ ilə bağlı Bolqarıstanın Rusiyadakı səfiri Atanas Krıstin Rusiya XİN-ə çağırılıb.
Qeyd edək ki, Bolqarıstanın baş prokuroru İvan Geşev 28 apreldəki açıqlamasında son 10 ildə ölkədə yerləşən müxtəlif hərbi sursat anbarlarında dörd ayrı partlayışın səbəbkarının Rusiya Hərbi Kəşfiyyatının zabitləri olduğunu bildirib. Bundan sonra 29 aprel tarixində Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiyanın Sofiyadakı səfirliyində işləyən bir diplomatı "persona non qrata" elan edib.

DİGƏR XƏBƏRLƏR

Top