Azərbaycanda 150 min manata soyuducu zavodu satılır


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 29 iyun tarixində keçiriləcək növbəti hərracda "Çinar" soyuducular zavodunun Şəmkir filialı satışa çıxarılcaq. 
Yeniavaz.com
xəbər verir ki, Şəmkir rayonun, Keçili kəndində yerləşən zavodun ümumi faydalı sahəsi  2 095,1 kv. metr, özəlləşdirilən torpaq sahəsi isə 27 150 kv. metr təşkil edir.
Zavodun ilkin satış qiyməti (start qiyməti) 150 min manat olacaq.

DİGƏR XƏBƏRLƏR

Top