Dekanlıq tələbələri qorxutmaq üçün saxta sənəd göndərib? – FOTO


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) İnşaat fakültəsində oxuyan və təhsil haqqını ödəyə bilməyən bir neçə III kurs tələbəsinin təhsil müəssisəsindən xaric olunması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan sənəd rəsmi deyil:
“Məsələ araşdırılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Nə rektor, nə də dekanlıq tərəfindən tələbələrə qarşı belə bir addım atılmayıb. Siyahıda adları olan tələbələrin çoxu sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvləridirlər. Dekan həmin tələbələrlə söhbət edib və onlara məlumat verilib ki, https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə qeydiyyatdan keçərək təhsil haqlarının dövlət tərəfindən ödənilməsi təmin ediləcək”.
N.Mirzəyeva əlavə edib ki, təhsil haqlarını ödəməkdə çətinlik çəkən digər tələbələrin həmin vəsaiti hissə-hissə ödəmələri üçün rektor tərəfindən müəyyən güzəştlər ediləcək:
“Odur ki, hər hansı tələbənin pandemiya dövründə xaric edilməsi böhtan xarakterli məlumatdır. Bir sözlə, təhsil haqqını ödəyə bilməyən tələbənin xaric olunması ilə bağlı rektorun hər hansı göstərişi və ya təqdimatı olmayıb”.
Qeyd edək ki, sosial şəbəkələrdə universitetin 30-a yaxın tələbəsinin təhsil haqlarını ödəyə bilməmələri əsas gətirilərək xaric olunacaqları barədə təqdimatın fotosu paylaşılıb.

DİGƏR XƏBƏRLƏR

Top