Lukaşenko: “Roman Protaseviç ölkədə qanlı üsyan təşkil etməyə hazırlaşırdı”


Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə saxlanılan müxalifətçi jurnalist Roman Protaseviç barədə danışıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Lukaşenko Protaseviçin ölkədə qarışıqlıq salmağa hazırlaşdığını deyib:
“Roman Protaseviç və yoldaşları qırğın və qanlı üsyan törətməyə hazırlaşırdı. Bir ekstremist şəriki də vardı. Terrorçular siyahısına daxil edilib. Bunu kim bilirdi? Müdafiəçiləri bu şəxsin hansı xüsusi xidmət orqanlarında çalışdığını izah etsinlər. Kimlərin ona pul verdiyini açıqlasınlar”.
Xatırladaq ki, Yunanıstandan Litvaya uçan “Ryanair” şirkətinə məxsus sərnişin təyyarəsi Belarus hava məkanından keçərkən göyərtəsində bomba olduğu iddia edilərək zorla Minskə endirilib və təyyarədəki müxalif jurnalist Roman Protaseviç saxlanılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top