İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 29 iyun tarixində keçiriləcək növbəti hərracda Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 4 ulduzlu hotel satışa çıxarılcaq.
Yeniavaz.com xəbər verir ki, Balakən şəhəri, Gözəlov küçəsi 102 ünvanında yerləşən "Qubek Otel" İstirahət Zonasının ümumi faydalı sahəsi 9 297,4 kv. metr, özəlləşdirilən torpaq sahəsi isə 13 400 kv. metr təşkil edir.
"Qubek Otel"in ilkin satış qiyməti (start qiyməti) 9 milyon 100 min manat olacaq.