Ərdoğan: "Süleyman Soylunun yanındayıq və yanında olacağıq"


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan daxili işlər naziri Süleyman Soyluya dəstək olduğunu deyib.
Yeniavaz.com
"AA"ya istinadla xəbər verir ki, Ərdoğan cinayətkar dəstələrin üzvlərini dünyanın harasına qaçsalar izləyəcəklərini deyib: "Daxili işlər nazirimiz Süleyman Soylunu hədəf alan hücumların arxasında, ölkəmizdə olan bu əmin-amanlıq və sakitlikdən duyulan narahatlığın olduğunu bilirik. Bu tip mübarizələrdə daxili işlər nazirimizin yanında olduq, yanındayıq və yanında olacağıq. Bu cinayətkarları da ölkəmizə gətirilib ədalətə təslim edənə qədər əl çəkməyəcəyik".
Ərdoğan Sedat Pekerin Binali Yıldırımın oğlu barədə dediklərinə də toxunub. Erkam Yıldırımın hədəf alınmasını pisləyərək bu iddianı səsləndirənlərin  həqiqi niyyətlərinin ortaya çıxdığını deyib.

DİGƏR XƏBƏRLƏR

Top