
Niqablı müsəlman qadınları bank soyğunçularına və poçt qutusuna bənzədən İngiltərənin baş naziri Boris Conson istifadə etdiyi sözlərə görə üzr istəyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir sözügedən fikirləri 2018-ci ildə İngiltərənin “The Telegraph” qəzetində getmiş məqaləsində işlədib. O, 2018-ci ildə istifadə etdiyi sözlərə görə üzr istəyib:
“Dediklərimə görə inciklik yarandığını bilirəm. İnsanlar baş nazir postunda olan birindən bu cür ifadələr gözləmir. Açığı həmin sözlərin səbəb olduğu incikliyə görə üzr istəyirəm. Bu gün keçmiş yazılarımda istifadə etdiyim bəzi ifadələrdən istifadə edərdimmi? İndi baş nazir olduğum üçün istifadə etmərəm”.