Prezident Təhsil Nazirliyinə 10 milyon manat ayırdı – SƏRƏNCAM


Prezident İlham Əliyev "Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında" sərəncam imzalayıb.

Yeniavaz.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.3-cü yarımbəndində göstərilmiş 10 milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top