
Azərbaycanda bütün iqtisadi rayonlarda kreditlər üzrə orta faiz dərəcəsi əmanətlər üzrə orta faiz dərəcəsini dəfələrlə üstələyir.
Yeniavaz.com-un Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, bu fərq bəzi rayonlarda daha yüksək, bəzi rayonlarda isə nisbətən aşağıdır. Məsələn, Yuxarı Qarabağ iqtisadi rayonunda əmanətlər 2,96%-lə cəlb olunduğu halda, kreditlər 24,2%-lə verilib. Bu iqtisadi rayonunda kredit faizləri əmanət faizlərini 8,2 dəfə üstələyib.
Regionlar üzrə kredit və əmanət faizləri arasındakı fərq belə olub:
| Regionlar üzrə kredit və əmanət faizləri | |||
| İqtisadi rayonlar |
Kredit faizləri |
Əmanət faizləri |
Fərq |
| Bakı səhəri | 9,47 % | 3,11 % | 3,05 dəfə |
| Abşeron | 15,65 % | 5,68 % | 2,75 dəfə |
| Aran | 21,05 % | 3,61 % | 5,8 dəfə |
| Dağlıq Şirvan | 21,97 % | 2,76 % | 8 dəfə |
| Gəncə-Qazax | 18,29 % | 5 % | 3,6 dəfə |
| Quba-Xaçmaz | 17,99 % | 5,51 % | 3,3 dəfə |
| Lənkəran | 20,49 % | 5,02 % | 4,1 dəfə |
| Şəki-Zaqatala | 16,97 % | 3 % | 5,6 dəfə |
| Yuxarı Qarabağ | 24,21 % | 2,96 % | 8,2 dəfə |
| Kəlbəcər-Laçın | 0 | 0 | 0 |
| Naxçıvan | 14,49 % | 2,47 % | 5,9 dəfə |
| Ölkə üzrə | 11,32 % | 3,25 % | 3,5 dəfə |
Tətbiqimizi yükləyə bilərsiniz