Davutoğlu: "Artıq etiraf edirəm, Süleyman Soylu, Berat Albayrak və Binali Yıldırım…"


Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davutoğlu, ölkənin daxili işlər naziri Süleyman Soylunun onun haqqındakı iddialarına cavab verib.
Yeniavaz.com
xəbər verir ki, Davutoğlu Türkiyənin “FOX” televiziyasına verdiyi açıqlamalarında Soylunun onun barəsində dediyi sözlərin yalan olduğunu bildirib:
“Barəmdə dedikləri ilə bağlı dəlilləri varsa göstərin. Soylu öz partiya sədrlərinə tələ qurduqlarını qəbul etdi. Bu şəkildə AKP-yə mesaj göndərir. Siyasətlə mafiya arasındakı əlaqələri pozmaq üçün qanun layihəsi gətirəcəkdim. Artıq etiraf edirəm, Binali Yıldırım, Süleyman Soylu və Berat Albayrak, o dövrdə dövlət rəhbərliyinin koordinasiyası ilə mənə tələ qurdular. Bunun hesabını verəcəklər. Mən yalnız buraxıldım. Süleyman Soylu, üstü açılmayan cinayətların olmadığını söylədi. Van bölgəsində bir vətəndaş helikopterdən atıldı. Soylu terrorla mübarizəni kürd vətəndaşlarımızın qəlblərini qıraraq davam etdirir”.
Xatırladaq ki, Süleyman Soylu "Haber Türk" televiziyasına verdiyi müsahibəsində sabiq baş nazir Əhməd Davutoğlunun 2015-ci ildə "HDP ilə konstitusiya qura bilərik" dediyini xatırlatmışdı. Nazir həmçinin bildirmişdi ki, Davutoğlu partiya rəhbərliyindəki bir çox şəxsi izlədir: "İclaslardan birində Əhməd Davutoğlu özünü itirdi və partiyanın Mərkəzi İdarəetmə Qurumunun üzvlərinə, “hamınızın otağında nə danışdığınızı bilirəm və səs yazılarınıza qulaq asıram” dedi. Hamımız bir-birimizə baxdıq. Bunu ilk dəfə açıqlayıram. Sonra onları fiziki olaraq izlətdiyi ilə bağlı bəzi məlumatlar aldıq, ancaq, onu sübut edə bilmədik".

DİGƏR XƏBƏRLƏR

Top