Şəmkir Balıq Zavodu 45 min 250 manata satılıb


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən  növbəti hərrac keçirilib.
Yeniavaz.com xəbər verir ki, hərracda Şəmkir rayonunda yerləşən Şəmkir Balıq Zavodu özəlləşdirilib.
Şəmkir rayonunun Dəllər qəsəbəsi (torpaq sahəsi 4593 kv.m, faydalı sahəsi 280.6 kv.m) və Sarıtəpə kəndinin ərazisində yerləşən (torpaq sahəsi 9900 kv.m, faydalı sahəsi 60.8 kv.m) Şəmkir Balıq Zavodu 45 min 250 manata özəlləşdirilib.
Qeyd edək ki, daha əvvəl mətbuatda yayılan xəbərlərdə Şəmkir Balıq Zavodunun rayonun sabiq icra başçısı Alimpaşa Məmmədovun oğluna aid olması iddia edilirdi. Lakin, sonradan məlum olub ki, DTX tərəfindən həbs edilən Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəyə məxsus balıqartırma müəssisəsi Şəmkirçay Su Anbarının sahilində yerləşən "Az Forel" zavodu olub.

DİGƏR XƏBƏRLƏR

Top