Üçqat mutasiyaya uğramış koronavirusla bağlı araşdırma başladıldı


İngiltərədə elm adamları üçqat mutasiyaya uğramış COVİD-19 növü barədə araşdırma başladıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Yorkşayr bölgəsində 49 nəfərdə virusun bu növü aşkarlanıb.  İngiltərə Xalq Sağlamlığı təşkilatı “AV.1” adlandırılan yeni növün diqqətlə araşdırıldığını bildirib. Səhiyyə işçiləri “AV.1”-in koronavirus vaksininin təsirini azaltmadığını deyiblər. Əgər araşdırmalar üçqat mutasiyanın təhlükəli olduğunu göstərərsə, tədbirlər görüləcək.
Qeyd edək ki, üç qat mutasiya koronavirusun digər növlərində görülən üç vacib mutasiyanı daşıdığı üçün belə adlandırılıb. Koronavirusun bu növünün haradan gəldiyi məlum deyil.




 

DİGƏR XƏBƏRLƏR

Top