Rusiya və Yaponiyaya aid gəmilər toqquşdu, ölənlər var


Yaponiyanın Hokkaydo adası yaxınlığında Rusiya və Yaponiya gəmiləri toqquşub.
Yeniavaz.com
xəbər verir ki, Kyodo agentliyi hadisənin gecə saatlarında baş verdiyini bildirib. Qəza nəticəsində Yaponiyaya aid gəmi aşıb və 3 nəfər dünyasını dəyişib, 5 nəfər isə xilas edilib. Rusiya gəmisində isə heç kəs zərər görməyib. 
Qəzanın sıx duman səbəbilə baş verdiyi vurğulanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top