Rusiyanın Suriyaya bombardmançı təyyarə göndərdiyi bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Sözügedən 3 "Ту-22М3" adlı qırıcı təyyarə Ruisyanın Suriyada yerləşən Hmeymim Hava Bazasına yerləşdirilib.
Qeyd edək ki, həmin əraziyə bu tip təyyarələr ilk dəfədir göndərilir. Təyyarələr Aralıq dənizi üzərində təlimdə olacaq. Təlimdən sonra təyyarlər yenidən Rusiyaya qaytarılacaq. Bundan əlavə həmin bazanın müxtəlif təyyarə tiplərini qəbul edə biləcəyi də bildirilib.