Əhalinin banklarda yerləşdirdiyi əmanətlər azalıb


Son bir ayda Azərbaycanda əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi azalıb. 
Yeniavaz.com-un Mərkəzi Bankdan açıqlanan statistik göstəricilərə istinadən apardığı hesablamaya görə, əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi son bir ay ərzində 2,8% və ya 232,4 milyon manat azalaraq aprel ayının əvvəlində 8 milyard 147,5 milyon manata düşüb.
Azalma həm milli, həm də xarici valyutada yerləşdirilən əmanətlərdə qeydə alınıb. Milli valyutada yerləşdirilən əmanətlər son bir ay ərzində 4 milyard 179,6 milyon manatdan 4 milyard 101,7 milyon manata, xarici valyutada yerləşdirilən əmanətlər isə 4 milyard 200,3 milyon manatdan 4 milyard 101,7 milyon manata düşüb.
Xatırladaq ki, 2015-ci ildə baş verən milli valyutanın devalvasiyasından sonra əhali banklara yerləşdirdiyi manat əmanətlərini xarici valyuta ilə yerləşdirməyə başadı. Əgər 2015-ci ilin əvvəlində banklarda yerləşdirilən əmanətlərin 4 milyard 422,4 milyon manatı milli valyutada, 2 milyard 766 milyon manatı isə xarici valyutda olduğu halda, bir il sonra – 2016-cı ilin əvvəlində banklarda yerləşdirilən əmanətlərin 1 milyard 420,2 milyon manatı milli valyutada, 8 milyard 53,7 milyon manatı isə xarici valyutda olub. Lakin, 2015-ci ildən sonra manatla yerləşdirilən əmanətlər üzrə faiz dərəcələri artmağa başladığı zaman əhalini yenidən manatla əmanət yerləşdirməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top