Putin-Bayden görüşü bu tarixdə İsveçrədə baş tutacaq


"İsveçrə rəsmiləri Rusiya-ABŞ zirvəsi üçün Cenevrənin seçimindən qürur duyurlar".
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Tribune de Geneve" qəzeti yazıb. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Cozef Bayden 16 iyunda Cenevrədə görüşəcək. İsveçrə Konfederasiyası öz məxfilik ənənəsinə uyğun olaraq bu barədə məlumatları yaymır. 
Qeyd edəK ki, bu görüş Baydenin ABŞ prezidenti vəzifəsinə başladığı andan bəri ilk şəxsi görüşü olacaq. 
Məlumat həm Ağ Ev həm də Kreml tərəfindən təsdiqlənib.

DİGƏR XƏBƏRLƏR

Top