Əlbəyaxa döyüşdə onlarla düşmən hərbçisini məhv edən Şəhidimiz – VİDEO


Orduya gedəndə "Qarabağı azad edəcəyik" demişdi, 20 gün gecə-gündüz mənfur düşmənə qarşı igidliklə döyüşdü və Qarabağ azad oldu.

Yeniavaz.com Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət cəlilabadlı igid kəşfiyyatçı, xüsusi təyinatlıların giziri Mədət Xankişiyevdən gedir.

Orta məktəbi bitirdikdən sonra Mədət ordu sıralarına yollanıb. Cəsarəti və cüssəli duruşu ilə ilk baxışdan diqqəti çəkən Mədət kəşfiyyat taboruna cəlb edilib.

Hərbi xidmətini başa vuran Mədət Xankişiyev Vətənə xidmətini orduda qalaraq kəşfiyyatçı kimi davam etdirib. Sonra daha peşəkar hərbçi olmaq üçün kəşfiyyat kurslarına qatılıb. Vətən müharibəsində Xüsusi Təynatlı Qüvvələrin kəşfiyyat taborunda gizir kimi iştirak edib.

Mədət Xankişiyev Vətən müharibəsinə 27 sentyabrda Kəlbəcər istiqamətindən başlayıb. Cəbrayıl, Füzuli və Xocəvənd istiqamətində gedən şiddətli döyüşlərdə şücaətlə döyüşüb. Düşmənin bir neçə canlı qüvvəsini məhv edən qəhrəman gizir oktyabrın 15-də Xocəvəndin Tuğ kəndi istiqamətində yerləşən yüksəklik uğrunda gedən əlbəyaxa döyüşdə bir düşmən zabitini və onlarla əsgərini məhv edib. Özü isə başından aldığı güllə yarasından şəhid olub.

Mədət Xankişiyev ölümündən sonra "Azərbaycan bayrağı" və "Rəşadət" ordenləri, həmçinin "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top