Bərdədə yanan bazar söndürülüb – VİDEO – YENİLƏNİB

Bərdə bazarında baş verən genişmiqyaslı yanğın artıq söndürülüb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hazırda yanğınsöndürənlər mağazalarda olan kiçik ocaqların söndürülməsinə çalışırlar.



***08:20
Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınla bağlı məlumat yayıb. 

Məlumatda deyilir: "Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək".

***08:00

Bərdədə güclü yanğın başlayıb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə Güloğlular kəndində, "Təzə Bazar" ərazisində qeydə alınıb.

Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi də köməyə gəlib. Yanğının söndürülməsinə habelə Ağdam, Tərtər rayonlarından da yanğınsöndürmə briqadaları cəlb edilib

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top