Hindistanda on minlərlə insan qasırğa səbəbindən təxliyə olundu


Hindistanın Odişa və Qərbi Benqaliya ştatlarında on minlərlə insanın qasırğa səbəbiylə evakuasiya olunduğu bildirilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Meteorologiya Departamenti minlərlə insanın evakuasiya olunmasına səbəb olan yaas qasırğasının saatda 177 kilometr sürətlə əsdiyini qeyd edib. Hadisə ilə əlaqədar olaraq təcili yardım xidmətləri hadisə yerlərinə göndərilib.
Qeyd edək ki, səlahiyyətlilər Qərbi Benqaliyada ən azı 20 bölgənin qasırğadan təsirlənəcəyini bu səbəbdəndə də həmin bölgələrdə yaşayan on minlərlə sakinin sığınacaqlara köçürüldüyünü açıqlayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top