Ceyhun Bayramov: "Ermənistan hərbçilərini gizlicə Azərbaycana keçirmək istəyib"


Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

Bununla bağlı XİN məlumat yayıb.

Nazir Ceyhun Bayramov görüşdə üçtərəfli bəyanatların icrasına maneə olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən məsələlərdən bəhs edib.

Bu xüsusda, Ermənistanın Azərbaycan ərazisinə hərbçilərini gizli şəkildə keçirmək cəhdləri, mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist və Azərbaycana qarşı nifrət əks etdirən açıqlamaları və digər məsələləri vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top