İstanbulda 14 yaşlı Mete Alp Eskalan koronavirusa yoluxduqdan sonra diabet və bədənində lipidin artmasından əziyyət çəkməyə başlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 8-ci sinif şagirdi Metedə diabetin yaranması ilə lipidin səviyyəsi 100 faiz artıb. Belə ki, bədəndə lipid 150 nisbətində olmalı olduğu halda, bu göstərici 14 yaşlı yeniyetmədə 15 min səviyyəsində olub.
Qeyd edək ki, mütəxəssislər Metenin hazırkı lipid göstəricisinin tibb dünyasında yenilik olduğunu bildirib.