Baydenin gündəlik həyatı Washington Post” tərəfindən işıqlandırıldı


Son günlərdə ABŞ prezidenti Co Baydenin gündəlik və həftəlik rutini ABŞ mətbuatının gündəmindəni əhatə edib.
Yeniavaz.com xəbər verir ki, Baydenin gündəlik və həftəlik rutini ilə bağlı “Washington Post” qəzeti məlumat yayıb. Məlumatda göstərilir ki, Bayden günə idmanla başlayır. Prezidentin gündəlik həyat tərzinə görə, o, 5 yaşlı uşaqla qarşılaşdırılıb. Onun qidalanmasında proteinli məhsullar, fısdıq əzməli sendviç, şorba, portağalllı qazlı içki, salat və qızardılmış toyuq olduğu bildirilib. Onun ən çox sevdiyi yeyəcəklər arasında dondurma və şokolatlı şirniyyat yer aldığı vurğulanıb. Onun ən çox izlədiyi kanallar CNN və MSNBC idman kanallarıdır.
Məlumatda Baydenin ailəsinə qarşı bağlılığından da söz açılıb. Belə ki, onun hər axşam saat 7-də həyat yoldaşı Cill ilə bərabər yemək masasında oturduğu və gün başa çatmadan oğlu Hanterlə telefon vasitəsilə əlaqə saxladığı bildirilib.
Məlumatda hər gün vətəndaşlardan gələn 10 məktubun Bayden tərəfindən oxunduğu göstərilib. ABŞ prezidenti məktublara yazılı cavab vermək yerinə məsləhətçilərini ölkənin müxtəlif yerlərinə göndərdiyi açıqlanıb. Həftədə bir dəfə köməkçisi Kamala Harrislə görüşərək növbəti həftə üçün plan çıxardıqları da rutinlər sırasına daxil edilib.
Qeyd edək ki, qəzet prezidentə yaxın 7 nəfərlə görüşüb. Onlarla görüş vaxtı Co Baydenlə sələfi Donlad Tramp arasındakı fərq də ortaya çıxarılıb. Belə ki, Trampın günə tviterlərlə, Baydenin isə treynerlə idmana başladığı bildirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top