Aİ liderləri Roman Protaseviçə görə Belarusa yeni sanksiyalar tətbiq edəcək


Avropa İttifaqı (Aİ) liderləri təyyarə hadisəsindən sonra Belarusa qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Yeniavaz.com
“golosameriki.com”a istinadla xəbər verir ki, Aİ liderləri Belarusda müxalifətçi jurnalist Roman Protaseviçin uçduğu təyyarənin məcburən endirilməsi və onun həbs edilməsi hadisəsindən sonra sanksiyaların genişləndirilməsi barədə qərar qəbul ediblər. Verilən məlumatlarda bildirilib ki, Litva Belarusla aviareysləri artıq dayandırıb, İngiltərə də eyni addımı atıb. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen təyyarənin məcburi endirilməsi və jurnalistin saxlanılmasını “qəbuledilməz hadisə” adlandırıb. Almaniya kansleri Angela Merkel isə təyyarənin saxlanılması barədə Belarus hökumətinin açıqlamalarının inandırıcı olmadığını deyərək rədd edib.
Aİ liderləri yeni sanksiyaların tətbiq ediləcəyini bildirirək, Belarus hökumətini atdığı bu addımdan geri çəkilməyə çağırıb.
Xatırladaq ki, Yunanıstandan Litvaya uçan “Ryanair” şirkətinə məxsus sərnişin təyyarəsi Belarus hava məkanından keçərkən göyərtəsində bomba olduğu iddia edilərək zorla Minskə endirilib və təyyarədəki müxalif jurnalist belaruslu Roman Protaseviç saxlanılıb.


 

DİGƏR XƏBƏRLƏR

Top