Hindistanı bürüyən “Qara kif” xəstəliyi nədir və niyə xəstələrin gözləri çıxarılır?


“Qara kif” olaraq bilinən “Mukormikoz" infeksion xəstəlikdir. Son zamanlar bəzi COVID-19-dan sağalan xəstələrdə görülür. Bəs“Qara kif” (mukormikoz) nədir, simptomları hansılardır? Müalicəsi varmı?
Yeniavaz.com
xəbər verir ki, “Qara kif” beyni və ağ ciyərləri zədələyən və nadir görülən bir infeksiyadır. Adətən, torpaqda, bitkilərdə, gübrələrdə, çürüyən meyvə və  tərəvəzlərdə olan mukor kifi ilə təmasda olduqda yoluxa bilir. Bu xəstəlik xərçəng xəstələrində,diabetli və ya immunitet sistemi zəifləmiş insanlarda həyati təhlükə yarada bilər. İnfeksiya bədəndə olan kəsiklər və ya tənəffüs sistemi yolu ilə insanın qanına daxil olur. Beləcə ürək, beyin, ağ ciyərlərə və digər həyati orqanlara yayılır.
Xəstəliyin simptomları arasında gözlərin ani qaralması, bulanıq və ya ikiqat görmə, görmə qabiliyyətinin zəifləməsi, burun qanaması, sinə ağrısı, tənəffüs çətinliyi və qanlı öskürək kimi əlamətlər var. İnsandan insana və ya heyvandan insana yoluxmur.
Erkən diaqnoz qoyulduqda orqanizmə daha ağır zərər vermədən müalicəsi mümkündür. Bəzi hallarda isə yoluxan nahiyələr cərrahi yolla kəsilir. Xüsusilə də rinoserebral mukormikozun gözə yayılması hallarında xəstənin həyatını xilas etmək üçün göz amputasiya edilir. Bəzi xəstələr isə gözlərinin hər ikisini itirir.  Xəstəlik yoluxan göz çıxarılmadıqda infeksiya beyinə yayıla və xəstəni öldürə bilər.
Hindistanlı həkimlər bildirir ki, bəzi hallarda xəstəliyin yayılmasını qarşısını almaq üçün xəstənin çənə sümüyü də amputasiya edilir. Onların sözlərinə görə, xəstəliyə yoluxanların əksəriyyəti gənclərdir. Hətta bəzilərində xəstəlik ağırlaşdığı üçün onları əməliyyat etmək mümkün olmayıb.  Xəstəliyin müalicəsində isə bir dozası 48 dollar (81 azn) dəyərində olan “Amphotericin B” adlı iynədən istifadə olunur.
Qeyd edək ki, “Qara kif”  xüsusilə COVID-19-dan sağalan xəstələrə ciddi ziyan vurur. Bunun səbəbi isə COVID-19 zamanı istifadə edilən iltihab əleyhinə dərmanlardır. Çünki həmin dərmanlar immuniteti zəiflədir və qan şəkərinin səviyyəsini artırır.  Hətta virusdan sağalan xəstə “Qara kif” səbəbi ilə ölə bilər.
Xatırladaq ki, hazırda bu xəstəlik Hindistanda sürətli şəkildə yayılıb. Minlərlə insan həmin xəstəlikdən əziyyət çəkir.
Xəstəliyin pandemiya elan edilməsi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top