"Dəmir Yumruq" adlı şirkət təşkilati-hüquqi formasını dəyişir


Bu ilin yanvar ayının 8-də dövlət qeydiyyatına alınan “Dəmir Yumruq” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) (VÖEN – 1405382261) təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrildiyini elan edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin rəsmi saytında yer alıb.
Məlumat üçün bildirək ki, nizamnamı kapitalı 100 manat olan “Dəmir Yumruq” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Cəlil Məmmədqulizadə ev 102 A-da yerləşir. MMC-nin qanuni təmsliçisi Yusifzadə Murad Fərzula oğludur.
Qeyd edək ki, Yusifzadə Murad Fərzula oğlu Azərbaycanın Latviyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe olub.

DİGƏR XƏBƏRLƏR

Top