
ABŞ dövlət katibi Antoni Blinken İsraillə Fələstin arasında elan olunmuş atəşkəs qərarının daha da möhkəmləndirilməsi üçün Yaxın Şərqə səfər edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, onun ilk səfəri İsrailə olub.
ABŞ Xarici İşlər Nazirliyinin rəsmiləri ABŞ-ın atəşkəsin davamlı olması üçün əlindən gələni edəcəyini bildirib. Bu səbəbdən də Blinkenin Ramallah, Qahirə və Ammana səfər edəcəyini qeyd ediblər.
Xatırladaq ki, 2 gün sonra Blinken Qüdsdə İsrail baş naziri Bünyamin Netanyahu, Ramallahda isə Fələstin lideri Mahmud Abbasla görüşəcək.