Belarusda saxlanılan müxalif jurnalistin videomüraciəti yayıldı – VİDEO


Belarusda saxlanılan “NEXTA” teleqram kanalının keçmiş redaktoru, müxalifətçi Roman Protaseviçin yeni görüntüsü ortaya çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, o yayımlanan videomüraciətlə sağlamlığının qaydasında olduğunu və hökumətə qarşı etiraz aksiyası təşkil etdiyini bildirib:
“Salam, mənim adım Roman Protaseviçdir. Məni Minsk Beynəlxalq Hava Limanında saxlayıblar. Hal-hazırda Minksdəki 1 saylı təcridxanadayam. Ürəyim və digər orqanlarım da daxil olmaqla sağlamlığımla bağlı problemim yoxdur. Polislər mənə qarşı qanun çərçivəsində davranırlar. Mən də istintaqla əməkdaşlıq edirəm. Minskdə kütləvi etiraz aksiyaları təşkil etdiyimi etiraf etdim”.
Qeyd edək ki, bazar günü axşam jurnalist Roman Protaseviçin də olduğu təyyarə Yunanıstandan Litvaya uçuş edərkən Minskə enməyə məcbur edilmişdi. Səbəb kimi təyyarədə bomba olması göstərilmişdi. Məcburi enişdən sonra jurnalist 26 yaşlı Roman Protaseviç hava limanında saxlanılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top