
Gürcüstan iyunun 1-dən etibarən quru sərhədlərini açır.
Yeniavaz.com Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib. Bildirilib ki, quru sərhədlərilə Gürcüstana daxil olan şəxslərdən peyvəndin hər iki dozasının vurulması və ya son 72 saat ərzində aparılan PCR testin mənfi nəticəsini təsdiqləyən sənədlər tələb ediləcək. Testlə bağlı arayış təqdim edən şəxslər həmçinin 72 saat ərzində öz hesablarına yenidən testdən keçməli olacaqlar.