Bu il Azərbaycana gələn ərəblərin sayı AÇIQLANDI


Bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ölkəmizə gələnlərin 32,7%-i Rusiya, 27,6%-i Türkiyə, 16,7%-i İran, 10,8%-i Gürcüstan, 2,5%-i Ukrayna, 1,1%-i Böyük Britaniya, 1%-i Belarus, hər birindən 0,7% olmaqla Qazaxıstan və Özbəkistan, hər birindən 0,6% olmaqla Türkmənistan və Almaniya, 0,5%-i İtaliya, 4,5%-i digər ölkələrin vətəndaşları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında Gürcüstandan gələnlərin sayı 8,6 dəfə, Türkmənistandan - 6,9 dəfə, Qazaxıstandan - 5,7 dəfə, Özbəkistandan - 3,8 dəfə, Rusiya Federasiyasından - 3,1 dəfə, Ukraynadan - 2,7 dəfə, Böyük Britaniyadan - 2,7 dəfə, Belarusdan - 1,8 dəfə, Türkiyədən - 1,5 dəfə, İrandan - 1,2 dəfə azalıb.  
2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən (“Ərəb ölkələri”) gələnlərin sayı 2,5 dəfə azalaraq 27,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,1 dəfə azalaraq 63,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə azalaraq 5,9 min nəfər olub.
2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 5,8 dəfə azalaraq 162,8 min nəfər olub. Ölkə vətəndaşlarının 42,4%-i Türkiyəyə, 22,1%-i Rusiyaya, 9,4%-i Gürcüstana, 6,9%-i İrana, 19,2%-i digər ölkələrə səfər edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 28,5 dəfə, Gürcüstana gedənlərin sayı 18,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 5,4 dəfə, Türkiyəyə  gedənlərin sayı isə 1,3 dəfə azalıb.

DİGƏR XƏBƏRLƏR

Top