
"Yaxın günlərdə Azərbaycana "BionTech-Pfizer" vaksini gətiriləcək".
Yeniavaz.com xəbər verir ki, bunu, Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.