İdman zallarının fəaliyyətinə icazə verildi


İyun ayının 10-dan etibarən Azərbaycanda idman zallarının və sağlamlıq bərpa mərkəzlərinin fəaliyyətinə icazə veriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov məlumat verib. O bildirib ki, idman zallarından yalnız “COVID” passportu olanlar, yəni hər iki dozada vaksinasiya edilmiş insanlar istifadə edə biləcək.

DİGƏR XƏBƏRLƏR

Top