Ermənistan tərəfi Azərbaycanla bağlı güzəştə getməyə razı oldu – "Hraparak"


Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, Muradov dünən Bakıya səfər edib və İrəvanın tələblərini Azərbaycana təqdim edib. Daha sonra Ermənistana qayıdıb və Vaqarşak Arutyunyanla müzakirələr aparıb. Qəzet iddia edir ki, Ermənistan tərəfi sərhəddəki vəziyyətlə bağlı güzəştə getməyə razı olub.
Danışıqlar barədə ətraflı məlumatların yayımlanacağı bildirilib. 
Xatırladaq ki, mayın 12-də Zəngəzurda sərhədlərin demarkasiyası və delimitasiyası zamanı Azərbaycan və Ermənistan sərhədçiləri arasında gərginlik baş vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top