
İkinci Qarabağ müharibəsi vaxtı məhv edilən daha 4 erməni döyüşçüsünün cəsədi tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Cəsədlər kimliyin müəyən edilməsi üçün tibbi ekspertizaya göndərilib. Verilən son məlumatlara görə müharibədən sonra Qarabağda tapılan erməni hərbçi cəsədlərinin sayı 1557-yə çatıb.